• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ziyarət

  • 25 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev fevralın 25-də Türkiyənin İstanbul şəhərinə səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı həmkarı Rəcəb Teyyub Ərdoğanla görüşüb, zəlzələ dalğasında həlak olanların ailələrinə, yaxınlarına, bütövlükdə Türkiyə xalqına başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını vurğulayan İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardımların davam etdiriləcəyini diqqətə çatdırıb.

Söhbət əsnasında Azərbaycanla Türkiyə arasında əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.

İlham Əliyev həmkarını qarşıdan gələn ad günü münasibətilə təbrik edib.

Fevralın 6-sı Türkiyənin Qəhrəmanmaraş elində baş vermiş iki güclü zəlzələ başqa 10 eli də əhatə edib, böyük dağıntılar yaranıb, sonrakı günlərdə daha 9136 silkələnmə qeydə alınıb. Fevralın 20-si Hatay elində iki güclü yeraltı təkan olub, təbii fəlakət ətraf elləri də vurub. Son rəsmi bilgiyə görə, zəlzələlərdə 44218 nəfər həlak olub.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub, 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.

2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsulu tətbiqini nəzərdə tutan konstitusiya referendumu keçirilib, 24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.

Knyaz Xristos

  • 25 Fevral 2023
  • comments

Zəlzələ itkiləri

  • 27 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda