• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bir tək Azərbaycan hökuməti dirəşib ki…”

  • 22 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin uzadılmasını pisləyib.

2020-ci il martın 31-dən hökm sürən karantin rejimi hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. Rejimin martın 1-də başa çatması nəzərdə tutulmuşdu, ancaq Nazirlər Kabinetinin 21 fevral qərarı ilə müddət mayın 1-dək uzadılıb.

Novator.az-ın məlumatına görə, Natiq Cəfərli yazır ki, dünya “karantin”, “koronavirus”, “məhdudiyyətlər” kimi absurd yanaşmalardan imtina edib: “Quru sərhədləri rəsmən bağlı olan heç bir ölkə yoxdur, hətta Türkmənistan və Şimali Koreyada da sərhəd bağlı deyil, xüsusi icazə ilə sərhədi keçmək mümkündür. Mart ayında Dünya Səhiyyə Təşkilatının (DST) axmaq və absurd “pandemiya” qərarını ləğv edəcəyi gözlənir. Bir tək Azərbaycan hökuməti dirəşib ki, pandemiya var, karantin olmalıdır, quru sərhədləri də bağlı saxlamaq lazımdır! Martda DST “pandemiyanı” ləğv etsə, bizim hökumət nə deyəcək? Ölkədə aktiv xəstə sayı 100 nəfərdən bir az çoxdur, deməli, quru sərhədləri “pandemiya” bəhanəsi ilə qapalı saxlamaq məntiqsizlikdir”.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyüb. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı rəsmən pandemiyanın başlandığını elan edib.

Azərbaycanda infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Ümumi hesabata görə, ölkədə 828395 nəfər koronavirusa yoluxub, onların 10105-i vəfat edib, 145-i aktiv xəstədir, qalanları sağalıb.

Müxalif partiya Avropa Şurasına təkliflər göndərib

  • 22 Fevral 2023
  • comments

Dəfn müavinətində mərhələlər

  • 22 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda