• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR Partiyası yenidən təsis olunur

  • 20 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası yenidən təsis olunur. Qurumun İdarə Heyətinin iclasında təsis toplantısına hazırlıq üzrə işçi qrupun yaradılmasına qərar verilib.

Novator.az bildirir ki, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.

2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.

Yeni qanuna görə, siyasi partiyanı tam fəaliyyət qabiliyyətli azı 50 vətəndaş (təsisçilər) təsis etməlidir. Dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır.

Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Məhkəməyə koronavirus əngəli

ADR Partiyası məhkəmədən nə cavab alıb?

ADR Ali Məhkəməyə şikayət verib

ADR-in Ali Məhkəmədən istəyi var

ADR sədrindən xitam sərəncamı

“Mübarizədə bundan sonra da varıq”

ADR-də müzakirə, planlar

Bizi nələr buxovlayır?

  • 20 Fevral 2023
  • comments

Bəlkə də son fürsət…

  • 20 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda