• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bu necə tikinti standartıdır ki…”

  • 15 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Milli Məclisə “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi daxil olub. Təklif tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsini nəzərdə tutur. Yenilik 2023-cü il martın 1-dək inşa edilmiş obyektlərə aiddir.

Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti, hüquqçu Ələsgər Məmmədli tikinti əfvi təşəbbüsünü pisləyib: “Belə çıxır qanunun tələbinə əhəmiyyət verməyib bina tikmiş şəxs ödəniş edərək rəy alacaq və həmin binanın istismarına yaşıl işıq yanacaq. İllərlə qanunsuz sayılmış tikililər olacaq “qanuni”. Türkiyədə yaşanan faciədən dərs almaq istəmirlərmi?

Mənzil almaq istəyən ehtiyatlı adamlar araşdırır, rəsmi qeydiyyatı olan tikililərə yönəlir. İnşa tələbinə uyğun tikilməmiş evə də “qanunidir” sənədi veriləndə alıcı bilməyəcək bina nə binadır! Bu necə tikinti standartıdır ki, ona əməl etmək də olar, etməmək də? “Tikinti tələbinə cavab verməyən, amma etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun gələn” nə deməkdir?

Türkiyədəki fəlakət bizə dərs olmalıdır. 2018-ci ildə hökumət Qəhrəmanmaraş vilayətində tikinti əfvi vermiş, 100 mindən çox sakinin yaşadığı, standartlara uyğun gəlməyən binalar qanuni status almışdı. Nəticə göz önündədir”.

Fevralın 6-sı Türkiyənin Qəhrəmanmaraş vilayətinin Bazarcıq və Elbistan rayonlarında iki güclü zəlzələ baş verib, silkələnmələr ümumilikdə 13,5 milyon nəfərin yaşadığı bölgələri əhatə edib, dağıntılar yaranıb. Son rəsmi məlumata görə, zəlzələ dalğası 35418 nəfərin ölümünə gətirib. Zəlzələlərin ağır nəticələrə gətirməsinin əsas səbəblərindən biri kimi xeyli tikilinin seysmik standartlara cavab verməməsi göstərilir.

Azərbaycan həyat keyfiyyəti hesabatında

  • 15 Fevral 2023
  • comments

İlk ayın xarici ticarəti

  • 15 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda