• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Görüşlər, planlar

  • 02 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Rumıniya prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, həmin gün ali qonaq Bakıda prezident İlham Əliyevlə təkbətək görüşüb, sonra dövlət başçıları geniş tərkibdə bir araya gəliblər.

Geniş tərkibli görüşdə danışan İlham Əliyev iki ölkənin strateji tərəfdaşlar olaraq irəliyə doğru getdiyini vurğulayıb: “Təbii qazın nəqli məsələsində də tərəfdaş olmuşuq və bu, əməkdaşlığımızda mühüm mərhələdir. Lakin əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik. Birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək. Beləliklə, xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Görüşlərin ardından prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev qeyd edib ki, Rumıniya və Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: “Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək”.

Energetika məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın neft şirkəti SOCAR-ın Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyasının və bir neçə yanacaq deposunun olduğunu deyib: “İndi bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanıb. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və digər Avropa ölkələrinə də nəql ediləcək”.

1959-cu il təvəllüdlü alman Klaus Yohannis 2014 və 2019-cu illərdə prezident seçilib.

Gürcülər Rusiya barədə nə düşünür?

  • 02 Fevral 2023
  • comments

AXCP üzvünə cəza kəsilib

  • 02 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda