Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 9-na, ikinci yarımfinalı mayın 11-nə, finalı mayın 13-nə təyin olunub. Novator.az bildirir ki, Azərbaycan ilk yarımfinalda yer alır.
Qatıldığı 14 “Avroviziya” yarışının 13-də Azərbaycan finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.
“Avroviziya 2023”ə qatılan 37 ölkənin 11-i təmsilçisini müəyyən edib:
Albaniya – Albina Kelmendi və ailəsi
Avstriya – Teodora Spiriç və Selina-Maria Edbauer
Belçika – Stef Kaers
Ermənistan – Elen Yeremyan
Fransa – Fatimə Zəhra Hafdi
İsrail – Noa Kirel
Kipr – Endrü Lambrou
Niderland – Mixaya Nikolai və Dion Kuper
Sloveniya – “Joker Out” qrupu
Ukrayna – Andrey Qusulyak və Ceffri Kenni
Yunanıstan – Viktor Vernikos.
Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya hələ seçim etməyib.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.