2023-cü ilin yanvarında Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı verilib. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu ad 68 uşağa məsləhət görülüb.
66 oğlan Uğur, 65 oğlan Əli adı alıb.
Populyar adların ilk onluğunda Hüseyn (44 uşaq), Ömər (40), Məhəmməd (38), Raul (35), Murad (34), Adəm (30), Ayxan (26) adları da yer alır.
Qız adları içində Zəhra birincidir: bu ad ilin ilk ayında 71 uşağa verilib.
43 qıza Zeynəb, 42 qıza Mələk adı məsləhət bilinib.
İlk onluqda Nilay (41 uşaq), Məryəm və İnci (37), Aylin (35), Ayla (33), Fatimə (30), Melisa (27) adları da var.