2020-2023-cü illərdə Azərbaycanda 827823 nəfər koronavirusa yoluxub, onların 10077-si vəfat edib.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Rəsmi hesabatlara görə, 2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilə 1422 yoluxma, 69 ölüm düşür.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 401,7 min nəfərə bir, 4 milyon 876,7 min nəfərə iki, 3 milyon 397,4 min nəfərə azı üç, 265,1 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.
Hazırda 242 aktiv xəstə var.