Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
Milli hesabata görə, ölkədə 827738 nəfər koronavirusa yoluxub, onların 10075-i vəfat edib, 275-i aktiv xəstədir, qalanları sağalıb.
2023-cü ilə 1337 yoluxma, 67 ölüm düşür.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 401,4 min nəfərə bir, 4 milyon 876,7 min nəfərə iki, 3 milyon 397,2 min nəfərə azı üç, 265,1 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.