• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məntiq və hökumətin məntiqi

  • 24 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Prezident İlham Əliyevin 16 dekabr 2021-ci il fərmanına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin özəlləşdirilməsini həmin mənzillərin satışı yolu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirməlidir. Nazirliyə mənzillərin satışından əldə olunan vəsait hesabına Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.

2023-cü il yanvarın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1662 mənzilin onlayn satışına başlayıb, onların 1106-sı bron edilib. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Hər kəs istədiyi sayda mənzil ala bilər. Onlayn satış 2023-cü il iyulun 1-dək davam edəcək.

Novator.az-ın məlumatına görə, iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli bu prosesi şərh edib: “Mən azı 20-25 ildir bu hökumətdə məntiq axtarıram, amma getdikcə daha çox əmin oluram ki, olmayan bir şeyi tapmaq mümkün deyil. “Mənzil satıram ki, mənzil alım” yanaşması ancaq bizim hökumətdə ola bilər. Şəhid və qazi ailələri mütləq mənzillə təmin edilməlidir. 1662 yeni, təmir edilmiş mənzil var. Niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin mənzilləri şəhid və qazi ailələrinə təklif etmir? Axı bu daha yaxşı çıxış yoludur. Amma yox, məmurlar məcburi köçkünlərə mənzil tikəndə qazandıqları kimi indi camaata satanda da qazanmaq istəyirlər, sonra şəhid və qazi ailələri üçün tikinti şirkətlərindən mənzil alanda da qazanacaqlar.

Mən məntiq, səmərəlilik, büdcə vəsaitinə qənaət və ədalət axtarıram, məmurlar isə ancaq pul – ona görə də illərdir ki, bir-birimizi anlamırıq”.

Xalq Partiyası əngəllə üzləşib

  • 24 Yanvar 2023
  • comments

Tofiq Yaqublu Ali Məhkəməyə şikayət verir

  • 24 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda