2023-cü ilin ilk 22 günü Azərbaycanda koronavirusa 1266 yoluxma, infeksiyadan 60 ölüm qeydə alınıb.
Ümumi hesabat yoluxanları 827667, itki sayını 10068, aktiv xəstələri 285 nəfər göstərir.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də rəsmiləşib.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 401,1 min nəfərə bir, 4 milyon 876,6 min nəfərə iki, 3 milyon 397 min nəfərə azı üç, 265 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.