• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bu ölkə yalnız müxalifət fəallarının vətəni deyil”

  • 19 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli yanvarın 19-da özünün “Facebook” səhifəsində ictimaiyyətə səslənib. O, inzibatı həbs cəzası almış siyasətçi Tofiq Yaqublunun aclıq aksiyası keçirdiyini xatırladaraq tutulduğu 23 dekabr 2022-ci ildən bəri 13 kiloqram çəki itirdiyini vurğulayır: “Çətinliklə hərəkət edir. Həyatına real təhlükə var… Bu həmin Tofiq Yaqubludur ki, Xocalı faciəsindən sonra iki körpə qızını həyat yoldaşının öhdəsinə buraxıb könüllü şəkildə Qarabağ savaşına yollanmışdı.

Bu həmin Tofiq Yaqubludur ki, 30 ildir ölkədə Rəsulzadə ideyalarının bərqərar olması üçün ardıcıl mübarizə aparır.

Bu həmin Tofiq Yaqubludur ki, ölkədə hüququ pozulan hər kəsin yanında olmağa çalışıb.

Bəs biz ağır günündə Tofiq bəyin yanında oluruqmu?

Tofiq bəyin həyat yoldaşı Maya Yaqublu da aclıq edir. Səhhəti tez-tez pisləşir, həkim çağırmalı olurlar.

Daha bir həyəcanlı xəbər Bəxtiyar Hacıyevdən gəlir. Həbsdə aclıq edən Bəxtiyar Hacıyevin mədəsinin qanaxma verdiyi bildirilir. Bəxtiyar Hacıyev bu ölkəyə və xalqa çox böyük xidmətlər göstərmək qabiliyyətində olan yüksək təhsilli ictimai fəaldır. Dünyanın istənilən ölkəsində özünü yüksək həyat səviyyəsi ilə təmin edərdi, ancaq Azərbaycanda qalmağı, bacardığı qədər xalqımıza xidmət etməyi seçdi. Bəs biz xalq olaraq Bəxtiyar bəyə haqq etdiyi dəstəyi veririkmi?

Hüququ pozulan hər bir azərbaycanlının yanında olmağa çalışan cəbhəçi dostlarım yenə də mübarizənin ən ön səngərindədir. Tofiq bəyin, Bəxtiyar bəyin və bütün siyasi məhbusların azadlığı tələbi ilə kütləvi aclıq aksiyasını davam etdirirlər. Cəbhəçi dostlarım Tofiq bəylə, Bəxtiyar bəylə və digər siyasi məhbuslarla həmrəylik, onları müdafiə etmək üçün sağlamlıqlarını qurban verirlər. Bəs onların özünə kimlər sahib çıxmalıdır? Bu ölkə yalnız müxalifət fəallarının vətəni deyil axı”…

Pensiyaçıların sayı nə qədər azalıb?

  • 19 Yanvar 2023
  • comments

İqtisadiyyatın pul kisəsi

  • 19 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda