Azərbaycan əhalisinin sayı 2022-ci il dekabrın 1-nə 10 milyon 215 min 45 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin yanvar-noyabr aylarında 112758 doğulan körpə qeydə alınıb, onların 52,8 faizi oğlandır.
Açıqlamaya görə, 55681 ölüm halı, 57033 nikah, 14525 boşanma rəsmiləşib, 2021-ci ilin yanvar-noyabr aylarına nəzərən doğum 9,9 faiz, nikahlar 12,7 faiz artıb, ölüm 21,1 faiz, boşanmalar 5,9 faiz azalıb.