Yanvarın 17-nə olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 21,8 milyon nəfər aktiv koronavirus xəstəsi var. Rusiyada 188358, Estoniyada 84954, İranda 81237, Moldovada 81134 şəxs müalicə altındadır.
Gürcüstanda 17558, Qazaxıstanda 8329, Qırğızıstanda 7191, Özbəkistanda 7138, Ukraynada 6839, Litvada 6244, Ermənistanda 2098, Belarusda 1327, Latviyada 611, Tacikistanda 397 xəstə qeydə alınıb.
Novator.az bildirir ki, milli hesabata əsasən, Azərbaycanda 827379 nəfər koronavirusa yoluxub, onların 10050-si vəfat edib, 457-si aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.