• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin inflyasiya şərhinə iki şərh

  • 12 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Prezident İlham Əliyev milli televiziyalara 10 yanvar müsahibəsində deyib ki, inflyasiya dünyada ciddi problemə çevrildiyi üçün Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır: “Bir çox malları idxal edirik və çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ idxaldan asılıyıq. Ona görə inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. İdxal edilmiş inflyasiya ilə mübarizə imkanlarımız məhduddur”.

Novator.az-ın məlumatına görə, prezidentin açıqlamasına münasibət bildirən iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır: “Bu, milli iqtisadiyyatın, yerli istehsalın olmamasının etirafıdır. İstehlak bazarındakı yüksək inflyasiya ilə bağlı məsuliyyəti özünün və komandasının üzərindən atmaqdır. Bu, iqtisadiyyatın xarici şoklardan asılılığını təsdiq edir, acizliyi, idxalı minimum səviyyədə belə əvəzləyən yerli iqtisadiyyatı qura bilməyən iqtisadi komandanın bacarıqsızlığını, milli iqtisadiyyatın şaxələndirilməməsini, ticarətin liberallaşdırılmamasını göstərir.

Necə olur ki, ötən il noyabrın 1-nə Azərbaycanda əvvəlki ilin eyni dövrünə nisbətən 12,1 faiz inflyasiya olduğu halda Ermənistanda 6 faiz, Gürcüstanda 7,1 faiz inflyasiya qeydə alınıb? Ona görə ki, Ermənistan və Gürcüstan dövləti rəqabəti dəstəkləyir, rüşvətxorluqla mübarizə aparır, Azərbaycanda isə inhisarçılığın və korrupsiyanın inkişafına şərait yaradılır”.

İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli qeyd edir ki, Azərbaycan ərzaq məhsullarında 75 faizə yaxın, dərman və tibbi ləvazimatda 95 faizə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində tam idxaldan asılıdır: “Niyə 30 ildir ölkəni idarə edən hökumət yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib? Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki ölkədən, indiki hökumətdən asılıdır! Əlavə dəyər vergisini, vergi növlərini, gömrük rüsumlarını ABŞ, Avropa, dünya təyin etmir. Deməli, hökumət qiymət artımı ilə effektiv mübarizə üçün vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir.

Ərzaq məhsullarında əlavə dəyər vergisini 18 faizdən 2 faizə salmağı, dərmanlarda isə tamamən ləğv etmək təklifi vermişik. Ölkə əhalisi gəlirlərinin 55 faizini ərzağa, 4 faizə yaxınını dərmana və tibbi xidmətlərə sərf edir. Vətəndaş şəbəkə marketlərdə 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil, məhz iqtidardan asılıdır. Əlavə dəyər vergisi dərəcəsinin azaldılması qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər”.

“Azadlıq Tofiq Yaqublunun haqqıdır”

  • 12 Yanvar 2023
  • comments

Fərdi sahibkarlar üçün sosial sığorta arayışı

  • 12 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda