• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir

  • 11 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yanvarın 5-dən Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq edən siyasətçi Tofiq Yaqublunun səhhəti pisləşib.

Siyasətçi aksiyanı həbsinin əsassız olması və məntəqədə saxlanma şəraitinin ağırlığı ilə əsaslandırır.

Novator.az bildirir ki, yanvarın 11-də məşhur həkim, tibb elmləri doktoru Adil Qeybulla vəkil Nemət Kərimli ilə birgə Tofiq Yaqubluya baş çəkib. Həkimin açıqlamasına görə, Tofiq Yaqublu çox arıqlayıb, onun təzyiqi normadan (120/80) xeyli aşağı – 80/60-a düşüb, bu da başgicəllənmələrə, halsızlığa gətirib. Adil Qeybulla Tofiq Yaqublunun dərhal xəstəxanaya köçürülməsi zərurəti yarandığını bəyan edib.

Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib

Şikayət hazırlanır

Vəkil Tofiq Yaqubluya baş çəkib

İnzibati həbsdən şikayət

Tofiq Yaqublu aclıq elan edib

Etiraz və nümunə

Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb

Tofiq Yaqublu şərhləri

Vəkildən Tofiq Yaqublu sorağı

Tofiq Yaqubluya dəstək aksiyası böyüyür

Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?

“Siyasi partiyalar haqqında” qanun

  • 11 Yanvar 2023
  • comments

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

  • 11 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda