Milli statistikaya görə, Azərbaycanda 826908 nəfər koronavirusa yoluxub, onların 10020-si vəfat edib, 484-ü aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilə 507 yoluxma, 12 ölüm düşür.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 398,6 min nəfərə bir, 4 milyon 875,9 min nəfərə iki, 3 milyon 395,8 min nəfərə azı üç, 264,7 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.