• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölüm kağızının dolanbac yolları

  • 06 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev atasının ölümünü təsdiq edən həkim arayışını ala bilmir. Novator.az-ın məlumatına görə, Samir Əliyev özünün “Facebook” səhifəsində yazır ki, atası Oqtay Əliyev 2022-ci il dekabrın 28-i xəstəlikdən vəfat edib: “Ölüm kağızı adı ilə tanınan tibbi arayışı almaq üçün yaşadığımız Xırdalan şəhərindəki tibb ocağına – Ailə Sağlamlıq Mərkəzinə getdim. Qeydiyyat şöbəsindən ailə həkiminə, terapevtə yönləndirdilər. Terapevt dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam.

İzah etməyə çalışdım ki, atam Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi sistemindəki xəstəxanalarda – Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, Respublika Klinik Xəstəxanasında müalicə alıb, həmin tibb ocaqlarında qeydiyyata düşüb. Onu da bildirdim ki, atam koronavirusa yoluxanda Xırdalan Ailə Sağlamlıq Mərkəzində qeydiyyata götürülüb. Faydası olmadı. Terapevt dedi ki, məhkəməyə müraciət etməlisiniz.

Abşeron Rayon Məhkəməsinə baş çəkdim. Görüşdüyüm vəkil dedi ki, əvvəl tibb ocağından imtina kağızı, sonra onun əsasında yerli polisin pasport-qeydiyyat qurumundan imtina kağızı almalıyam. Bütün bu işlər üçün 200 manata yaxın xərcimin çıxacağını bildirdi.

İmtina kağızı üçün terapevtə üz tutanda bildirdi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etməliyəm.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə zəng vurdum. Terapevtin dediklərini təkrarlayaraq atamın ölümünü təsdiq edən həkim arayışını almağın tək yolunun məhkəmə olduğunu bildirdilər.

İndi mən atamın rəhmətə getməsini sübut etmək üçün nə etməliyəm? Ölüm faktı var, təcili tibbi yardım bunu qeydə alıb. Atam Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi sistemində qeydiyyatda olubsa və xəstəxanalarda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə onun ölüm faktına dair tibbi arayış üçün məhkəməyə üz tutmalıyam?”

Minimum maaşın illəri, manatın gücü

  • 06 Yanvar 2023
  • comments

“Bakı KOB evi” açılıb

  • 06 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda