Litva prezidenti ilə danışıqlar
Azərbaycana rəsmi səfər edən Litva prezidenti Gitanas Nauseda mayın 18-i Bakıda rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, mərasimdən sonra ali qonaq dövlət başçısı İlham Əliyevlə görüşüb. Prezidentlər geniş tərkibdə də bir araya gəlib, bunun ardınca mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün He...
Fəxri adların təqaüdü
Azərbaycanda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 180 manatdır. Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi ...
Əhali statistikası
Dövlət Statistika Komitəsi 2022-ci il aprelin 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 167,2 min nəfər göstərib. Hesabata əsasən, Bakıda 2 milyon 304,4 min, Sumqayıtda 347 min, Gəncədə 335,9 min nəfər əhali qeydə alınıb. Novator.az azı 100 min nəfər əhalisi olan başqa bölgələrin də siyahısını təq...
İş, işsizlik, maaş
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il mayın 1-nə Azərbaycanda 4 milyon 998,6 min nəfər məşğul şəxs, 314,9 min nəfər işsiz qeydə alınıb. İlin ilk rübü ərzində 16,5 min yeni iş yerinin açıldığı, 1,7 min iş yerinin bağlandığı vurğulanır. Aprelin 1-nə muzdlu işçilərin orta aylıq nomi...
“Kölgə” Navalnının dalınca düşübmüş
Rusiyanın Ryazan şəhərində yerləşən “Kölgə” özəl detektiv agentliyinin əməkdaşları hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnını və onun yaxın çevrəsini izləyirmiş. Novator.az saytı “Meduza” portalına istinadla xəbər verir ki, bunu “Dosye” mərkəzinin apardığı araşdırma üzə çıxarıb. 1976-cı ...
Möcüzəsiz çarə
İlqar Məmmədov REAL Partiyasının sədri İki nəfər restoranda görüşüb yemək yeyirsə, nəinki onlara göstərilən xidmət, çox vaxt onların söhbəti də yeni iqtisadi dəyərin yaradılması ilə nəticələnir. Bu hələ iqtisadi fəaliyyətin ən passiv formasıdır, insanlıq trilyonlarla xırda və böyük iqtisadi əlaqə və...
Bir nəfərin savaşı
Əli Kərimli AXCP sədri Rusiya nəyin, kimin naminə bu qədər ağır itkilərə gedir? Ukrayna ilə müharibə, onun davam etməsi Rusiyada kimə, kimlərə lazımdır? Bu savaşın uzanmasından kimlər qazanır? …Rusiyada ən böyük güc hərbçilərdir. Savaşdan öncə yəqin ki, Rusiya ordusunun ən azı rəhbərliyi savaş...
Əlillik meyarları təsdiqlənib
2022-ci il iyulun 1-də əlilliyin müəyyən olunması üzrə qanun dəyişikliyi qüvvəyə minir. Novator.az bildirir ki, yeni meyarlarla I dərəcə orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə orqanizmin funksiyalarının 31-60 faiz iti...
Makroiqtisadi göstəricilər
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrünə nəzərən 3,6 faiz artıb (heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları 14,8 faiz). Dövlət Statistika Komitəsi belə makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi bilgiyə gör...
Pensiya: say və məbləğ necə dəyişib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2022-ci il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 177,4 min nəfər pensiyaçı qeydiyyatda olub, aylıq pensiyaların orta məbləği 364,4 manata çatıb. Novator.az bildirir ki, 2021-ci ilin sonuna pensiyaçıların sayı 1 milyon 1...
Nikahlar 40,5 faiz artıb
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb: “Yanvar-mart aylarında 29179 doğulan körpə qeydə alınıb (53,1 faizi oğlan, 46,9 faizi qız), 18723 ölüm, 14606 nikah, 3618 boşanma rəsmiləşib, 568 nəfər daimi yaşamaq ...
İdarəçilikdə qadınlar
Prezident-parlament respublikası olan Fransada baş nazir vəzifəsinə qadın təyinat alıb: Elizabet Born. Novator.az bildirir ki, Avropa İttifaqının 5 ölkəsində hökumətə qadın başçılıq edir: parlament idarə üsullu ölkələr olan Danimarkada baş nazir postunu Mette Frederiksen, Estoniyada Kaya Kallas, Fin...
Konstitusiyadakı dilimiz
Dil normalarının pozulması Azərbaycanda tez-tez gündəmə gəlir. Novator.az bunu nəzərə alaraq ölkənin əsas qanununda – Azərbaycan Konstitusiyasında olan yanlışlara diqqət yönəldib. Azərbaycan dilinin orfoqrafiya normalarına görə, ilə qoşması aid olduğu sözdən ayrı yazılmalıdır. Dörd söz istisnadır: e...
NATO-ya qoşulmaq yolu
İsveç və Finlandiya hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edib. Alyans rəhbərliyi və aparıcı üzv ölkələrin liderləri hər iki ölkənin hərbi-siyasi meyarlara tam cavab verdiyini əsas gətirib üzvlük məsələsini tez həll etməyə çağırır. Novator.az...
“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri
2022-2023 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında “Neftçi”, “Zirə” və “Qəbələ” komandaları təmsil edir. Onlar turnirə ikinci mərhələdən (21-28 iyul) qoşulur. Novator.az bildirir ki, güclülər səbətində yer alan “Neftçi”yə həmin raundda İsveçdən AİK, “Yurqorden”, Bolqarıstandan “Levski”, Macarı...
Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?
Son aylar Rusiya prezidenti Vladimir Putin dəfələrlə Qərbi Ukraynaya hərbi dəstəkdən çəkindirmək üçün nüvə silahı ilə təhdid edib. Putin sözdən əmələ keçərsə, Qərb, daha dəqiqi, NATO ölkələri Rusiyanın nüvə hücumuna necə cavab verə bilər? Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Daily Expr...
İtmiş cazibə
İlqar Məmmədov REAL Partiyasının sədri Rusiyadan on minlərlə proqramçı, iş adamı, mədəniyyət xadiminin, başqa istedadlı və təşəbbüskar şəxsin bu il Bakıya deyil, İrəvan və Tiflisə qaçması bizim ictimaiyyəti qayğılandırmır. Amma narahatlığın yeri var. Tarixən – çar vaxtında da, Sovet dönəmində ...
Cib boşalır, büdcə dolur
İqtisadçı Rövşən Ağayev rəsmi iqtisadi göstəriciləri şərh edib. Novator.az-ın məlumatına görə, xarici ticarətlə bağlı qiymət indekslərinə nəzər salan ekspert yazır ki, 2022-ci ilin yanvar-mart aylarında idxal malları üzrə qiymətlər ötən ilin ilk rübünə nisbətən 20 faiz artıb: “Əsas məhsul seqmentlər...
“AzəriLayt”ın 17 may qiyməti
Energetika Nazirliyinin 17 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 119,39 dollara satılır. Bu, ilin əvvəlindəki qiymətdən 36,90 dollar yuxarı göstəricidir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala...
Fransa: yeni hökumət qurulur
Fransada yeni hökumət qurulur. Mayın 16-da prezident Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edərək ona kabinet formalaşdırmağı tapşırıb. Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Elizabet Born mühəndisdir, Emmanuel Makronun ilk prezidentliyi dövründə nəqliyyat, ekoloji keçid və əmək nazi...