Çıxış yolu
Əli Kərimli AXCP sədri Rusiya prezidenti Putin Qazaxıstandakı etirazlardan danışarkən ölkəni faktiki olaraq özününkü elan edir, “Biz evimizin içində rəngli inqilablara yol verə bilmərik” deyir. Diktator Lukaşenko və Rusiya rəsmiləri Qazaxıstan “qələbəsindən” ruhlanaraq indi də Özbəkistanı hədələyir,...
Qazaxıstanda yeni baş nazir
Yanvarın 11-də Qazaxıstan parlamentinin aşağı palatası – Məclis prezident Qasım-Comərd Tokayevin təqdimatına baxaraq Əlixan Smailovun baş nazir təyin olunmasına razılıq verib. Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Əlixan Smailov Qazax Dövlət Milli Universitetini bakalavr, Qazaxıstan Menecmen...
CNN Ukrayna ilə bağlı məxfi qərarı üzə çıxarıb
Ağ ev Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda məxfi qərar qəbul edib. Novator.az bildirir ki, xəbəri CNN kanalı yayıb. Kanal xəbəri etibarlı mənbələrdən aldığını vurğulayıb, ad çəkməyib. CNN-in açıqladığına görə, qərar 2021-ci ilin dekabrında verilib və Ağ ev bu barədə ...
“Şöhrət”li 70
Prezident İlham Əliyev iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovu “Şöhrət” ordeni ilə təltif edib. Yanvarın 10-da, Sahib Ələkbərovun 70 illik yubileyi günündə imzalanan sərəncamda təltif nazir müavininin dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. 1952-ci il təvəllüdlü Sahib Ələkb...
Gəlir nə gətirdi?
Dövlət Neft Fondu bildirir ki, Azərbaycan 2001-ci ildən 2022-ci il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli” neft yataqları blokundan 155 milyard 373 milyon dollar, 2007-ci ildən 2022-ci il yanvarın 1-dək “Şahdəniz” qaz yatağından 4 milyard 551 milyon dollar qazanc götürüb. Novator.az-ın məlumatına görə,...
Yoluxma və itki hesabatı
Yanvarın 10-da yayılan milli hesabat Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayını 621563 nəfər, xəstəlik qurbanlarının ümumi sayını 8457 nəfər göstərir. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəli...
Omikron Azərbaycanda
Yanvarın 10-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatı yayılıb. Məlumatda qeyd olunur ki, ölkəyə xaricdən gələn 12 şəxsdə koronavirus infeksiyasının omikron variantı aşkarlanıb. Omikron infeksiyanın 2021-ci ilin noy...
Vəzirov vəfat etdi
Dövlət xadimi Əbdürrəhman Vəzirov yanvarın 10-u Rusiyanın paytaxtı Moskvada vəfat edib. Novator.az bildirir ki, Əbdürrəhman Vəzirov 1930-cu il mayın 26-da Bakı şəhərində doğulub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Azərbaycan Kom...
Bizi qoruyan tarix
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Dünyanın müxtəlif yerlərində, əsas da yan-başımızda xalqların haqlı etirazları zamanı bəzi siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, vətəndaşlar “filan xalq kimi də olmadıq” deyib xalqımızı aşağılamağa çalışırlar. Hətta “ərəb baharı” zamanı da...
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının müraciətinə hələ baxmayıb. Partiya sədri Qubad İbadoğlunun yaydığı məlumata görə, İdarə Heyətinin 8 yanvar toplantısında bu məsələ müzakirə olunub, gələcək addımlar üçün qısa bir müddət də gözlə...
Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri
“Bir tərəfdən baxanda Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi riskli addım kimi görünür. Çünki bu, qazax xalqının kütləvi şəkildə Rusiyadan uzaqlaşmasına, hətta onunla düşmənçiliyə başlamasına, Qazaxıstanda Rusiyaya qarşı müqavimətin formalaşmasına gətirib çıxara bilər”. Moskva Karneqi Mərkəzinin dir...
Azərbaycan beynəlxalq sosial müdafiə hesabatında
İqtisadçı Rövşən Ağayev Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiə Hesabatına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 10 müxtəlif indikatora əsaslanan sənəddə ölkələr sosial müdafiənin effektiv təşkili üzrə müqayisə olunur: “Hesabata əsasən, Azərbaycanda pensiya hüququ...
Mustafanın 50 yaşı
Jurnalist, siyasətçi Mustafa Hacıbəylinin 50 yaşı tamam olub. 1972-ci il yanvarın 8-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Mustafa Hacıbəyli indiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Polşada jurnalistika sahəsi üzrə təhsil alıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokra...
Azərbaycanda Qazaxıstan bəyanatı
Azərbaycan müxalifətinin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana hərbi qüvvə yeritməsini pisləyib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, KTMT-nin sənədlərində üzv dövlətlərdən hər hansı birinə ...
Avropa meydanlarında
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İspaniya çempionatında “Real” 49 xalla liderdir. “Sevilya” 44, “Betis” 34, “Atletiko” və “Real Sosyedad” 33, “Barselona” 32 xal yığıb. İtaliya çempionatında “İnter” 49 xalla zirvədədir. “Mila...
“Wall Street Journal”: “Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”
ABŞ-ın “Wall Street Journal” qəzetində “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi 2005-2006-cı illərdə ABŞ-ın NATO-da elçisi, 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifələrində çalış...
Qazaxıstanda matəm
Yanvarın 10-u Qazaxıstanda milli matəmdir. Ölkə qanlı hadisələrdə həlak olanlara yas tutur. 2022-ci ilin ilk günündə Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndər...
Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır” başlıqlı məqalə dərc olunub. Məqalənin üç müəllifi var: ABŞ-dakı Con Hopkins Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Yevgeni Finkel, Qüdsdəki Yəhudi Universitetinin elmi işçisi Canetta Azary...
Neftsiz ixracda artım
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 7 yanvar hesabatına görə, 2021-ci ildə Azərbaycandan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47,2% artıb. 2016-cı ildə yaradılan İqtisadi İslahatların Təhlili və K...
Qiyas İbrahimov aksiyası
İctimai fəal Qiyas İbrahimov yanvarın 7-si Bakının mərkəzində, Prezident Administrasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Ərazidəki mühafizə xidmətinin təmsilçiləri və polis əməkdaşları ona mane olub. “Turan”ın məlumatına görə, Qiyas İbrahimov bu aksiya ilə Avr...