Dövlətə təkrar müraciət
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı üçün daha bir cəhd göstərir. Qurumun sədri Qubad İbadoğlu yenilənmiş sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunduğunu bəyan edib: “Nazirliyin partiyaya göndərdiyi cavab məktubunda yer alan qeydlərə baxılıb, notarial qaydada təsdiqlənm...
Maliyyə hesabatı verən partiyalar
Martın 18-dək 21 siyasi partiya Mərkəzi Seçki Komissiyasına 2021-ci il üzrə maliyyə hesabatı verib. Novator.az bildirir ki, Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Qorqud Partiya...
11 ölkə, 24 komanda
Avropanın klub turnirləri finiş xəttinə çıxır. Çempionlar Liqasında 1/4 final 5-13 aprelə, yarımfinal 26 aprel-4 maya, final 28 maya (Paris), Avropa Liqasında 1/4 final 7-14 aprelə, yarımfinal 28 aprel-5 maya, final 18 maya (Sevilya), Konfrans Liqasında 1/4 final 7-14 aprelə, yarımfinal 28 aprel-5 m...
1233 aktiv xəstə var
Milli hesabata əsasən, Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 791176 nəfərin 9641-i vəfat edib, 1233-ü aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 202...
Bayden: “Putin qanlı diktator, xalis başkəsəndir”
Martın 17-si ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda Müqəddəs Patrik Günü münasibətilə İrlandiyanın hökumət nümayəndələrinə verilən rəsmi ziyafətdə iştirak edib. Novator.az-ın məlumatına görə, ziyafətdə çıxış edən Cozef Bayden Rusiya prezidenti Vladimir Putini qanlı diktator, xalis başkəsən adlandır...
Rusiyadan ən real təhlükə (Blinkenin dedikləri)
ABŞ-ın dövlət katibi Entoni Blinken CNN kanalına 16 mart müsahibəsində Rusiyanın Ukraynada apardığı savaşın nüvə müharibəsinə çevrilməsi riskinin nə dərəcədə real olduğu barədə sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, Blinken deyib ki, Rusiyanın nüvə təhdidi, daha dəqiqi, bu ölkənin nüvə ...
Rusiyanın itkiləri – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Rusiya ordusunun Ukraynada məruz qaldığı itkiləri açıqlayıb. Novator.az-ın məlumatına görə, qəzet fevralın 24-dən bəri – üç həftə ərzində Rusiyanın Ukraynada 7 mindən çox hərbçisini itirdiyini yazır. Qəzet bu rəqəmin 20 il ərzində ABŞ ordusunun İraq və Əfqanıstan...
Sanksiyalar əbədi deyil, amma…
Ukraynaya total təcavüzə əl atan Rusiya dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşib. Ölkənin bir çox iri bankı asan vəsait köçürülməsi sistemindən (SWİFT) çıxarılıb, Mərkəzi Bankın vəsaitlərinin bir hissəsi dondurulub, Rusiyadan neft, neft məhsulları və təbii qaz idxalına qismən embarqo ...
ABŞ Ukraynaya hansı silahları verir? – CNN
CNN kanalı ABŞ prezidenti Cozef Baydenin martın 16-da Ukraynaya ayırdığı 800 milyon dollarlıq müdafiə yardımına daxil olan silahların siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahı belədir: 800 ədəd “Stinger” zenit komleksi; 6000 ədəd tank əleyhinə AT-4 sistemi; 5000 ədəd tüfəng; 2000 ə...
Güzəştli kredit hesabatı
İqtisadiyyat Nazirliyinin 17 mart məlumatına görə, Sahibkarlığın İnkişafı Fondu 2022-ci ildə sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayırıb, həmin vəsait 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumi məbləğin 36,1%...
Avropa Məhkəməsindən yeni təzminat qərarı
Martın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquqşünas Vidadi İsgəndərlinin (İsgəndərov) şikayəti üzrə qərar elan edib. Aihmaz.org-un məlumatına görə, məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüququnun pozulduğu, məhkəməyə qədər əsassız həbs edildiyi qənaətin...
Ukraynalılar Krım və Donbasdan imtina edirmi? (Sorğu)
Ukraynanın “Reytinq” sosioloji qrupu Rusiyanın ölkəyə hücumuna əhalinin münasibətini araşdırıb. Novator.az-ın məlumatına görə, 12-13 martda keçirilmiş sorğu ölkənin əksər bölgəsini əhatə edib, sualları 18 yaşa çatmış 1200 nəfər telefonla cavablandırıb. Respondentlərin 76%-i öz dövlətinin təcavüz qar...
Rüstəm İbrahimbəyovun dönüşü
Onun imzası qardaşı Maqsudla birgə nəsrimizin altmışıncılar nəslinin pleyadasında qərar tutub. Hansı adlar var bu cərgədə – İsa Hüseynov, Sabir Əhmədli, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, nəhayət, İbrahimbəyov qardaşları. Əsərlərini rusca qələmə alsala...
Mandat bölgüsü yenilənir
Mərkəzi Seçki Komissiyasının 17 mart iclasında 50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadənin mandatına xitam verilir. Şahin Seyidzadə martın 3-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. Azərbaycan Konstitusiyasının 89-cu maddəsi Milli Məclis...
“Artıq” pulun hesabı
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 4 milyard 626,1 milyon manat vəsait daxil olub, büdcədən 2 milyard 685,1 milyon manat vəsait xərclənib, büdcənin icrasında 1 milyard 941 milyon manat artıqlıq yaranıb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli rəsmi stati...
Arif Hacılı Ukrayna müzakirəsinə dəvət alıb
Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentindəki Ukrayna müzakirəsinə dəvət alıb. Avropa İttifaqının baş şəhəri Brüsseldə martın 24-də keçiriləcək müzakirəni qitənin 70-dən çox siyasi partiyasını birləşdirən Avropa Liberal Demokrat İttifaqı qrupu təşkil edir. Arif Hacılı bəyan edib ki...
Böyük səkkizlər
UEFA Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli olub. Novator.az bildirir ki, mərhələdə “Liverpul”, “Mançester Siti”, “Çelsi” (İngiltərə), “Real”, “Atletiko”, “Vilyarreal” (İspaniya), “Bavariya” (Almaniya) və “Benfika” (Portuqaliya) komandaları yarışacaq. 1/4 final 5-13 aprelə, yarımfinal 26 ap...
Dollar necə bahalaşdı?
ABŞ-da mərkəzi bank funksiyalı Federal Ehtiyat Sistemi martın 16-da uçot dərəcəsinin yuxarı həddini 0,5 faizə qaldırıb. Novator.az bildirir ki, bu, 2018-ci il dekabrın 19-dan bəri ilk artım olub. Son iki ildə uçot dərəcəsinin yuxarı həddi 0,25 faiz idi. Uçot dərəcəsi banklara verilən borc üzrə faiz ...
Bayden ilk dəfə olaraq Putini hərbi cani adlandırdı
ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini hərbi cani adlandırıb. Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla xəbər verir ki, martın 16-sı Ağ evdə çıxış edən Bayden nitqini başa çatdırandan sonra jurnalistlər ondan Putini hərbi cani sayıb-saymadıqlarını soruşublar. Bayden deyib...
Universal zamanın sahilində
Fəxri Uğurlu Məşhur rus jurnalisti, tənqidçisi Aleksey Suvorin 1901-ci ildə yazırdı: “İndi bizim iki hökmdarımız var: biri çar II Nikolay, o biri Lev Tolstoy. Hansı daha güclüdür? Nikolay padşah Tolstoya heç nə eləyə bilməz, onun taxtını laxlada bilməz, ancaq Tolstoy istəsə, çar nəslinin xanədanını ...