Tarif Şurasının yeni məlumatına görə, Azərbaycanda qiyməti rəsmən təsdiqlənmiş dərman vasitələrinin sayı 13642-yə çatıb (Siyahı).
Dərman vasitələrinin təsdiqlənən qiymətlərlə satışına 2015-ci il sentyabrın 15-dən başlanıb. Topdan və pərakəndə satış qiymətlərini Tarif Şurası təsdiqləyir. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin fərqli qiymətlərlə satışı qadağandır.
Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə) və xidmət haqlarına məsul orqandır. Quruma iqtisadiyyat naziri sədrlik edir.