Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxmadan 2 il 10 ay ötür. Ümumi hesabata görə, bu müddətdə 826075 nəfər yoluxub, onların 10008-i vəfat edib, 557-si aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 14599 yoluxma, 57 ölüm, sentyabr – 8003 yoluxma, 112 ölüm, oktyabr – 1818 yoluxma, 27 ölüm, noyabr – 1079 yoluxma, 36 ölüm, dekabr – 1738 yoluxma, 28 ölüm.
Novator.az bildirir ki, 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 395,4 min nəfərə bir, 4 milyon 875,4 min nəfərə iki, 3 milyon 394,7 min nəfərə azı üç, 264,5 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.