Novator.az beynəlxalq koronavirus statistikasına nəzər salıb.
Dekabrın 22-nə olan hesabata görə, infeksiya 225 ölkə, ərazi və məkanda 6 milyon 678 mindən çox adamın ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 393166 nəfər.
İranda 144672, Ukraynada 110696, Türkiyədə 101492 ölüm qeydə alınıb.
Qalan yaxın ölkələr belə sıralanır:
Gürcüstan – 16895 ölüm
Qazaxıstan – 13694
Moldova – 11929
Litva – 9459
Ermənistan – 8712
Belarus – 7118
Latviya – 6139
Qırğızıstan – 2991
Estoniya – 2837
Özbəkistan – 1637
Tacikistan – 125.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Son məlumata əsasən, ölkədə 825656 nəfər koronavirusa yoluxub, onların 9999-u vəfat edib, 623-ü aktiv xəstədir, qalanları sağalıb.