• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Könüllərin çempionu: Mərakeş

  • 21 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

2022-ci ilin dünya futbol çempionatının dörddə bir finalında nəhəngləri – Avropa və Cənubi Amerikanı təmsil etməyən yeganə komanda olan Mərakeşin Qətər sürprizləri bununla bitmədi. Mərakeşin Afrika komandaları arasında ilk dəfə dünya çempionatında yarımfinala çıxması tarixi nailiyyətdir. Qətərdə dördüncü yeri tutsa da, əminliklə bu komandanı könüllərin çempionu hesab etmək olar. Mərakeş millisi mundial zamanı milyonların sevgisini qazanmağı bacardı…

DÇ-2022 ərəfəsində Mərakeşdə doğulmuş, bir mundialda 13 qol vurmaqla (1958) rekordçu olan əfsanəvi Jüst Fonten haqqında yazım nəşr olunmuşdu. Bir neçə ölkədə çıxan yazıda dünya çempionatında məşqçi kimi iştirak etməyin fransalıya nəsib olmadığını, Mərakeşi DÇ-1982-yə çıxara bilmədiyini də xatırlatmışdım.

Fonten bacarmasa da, Valid Reqraqi ona tapşırılan işi Qətərdə uğurla yerinə yetirdi.

Mərakeş yalnız 46 il əvvəl Afrika çempionu olub, dünya çempionatlarında qrup mərhələsini bundan əvvəl yalnız bircə dəfə adlamışdı. Yaxşı yadımdadır, 1998-ci ilin dünya çempionatında Braziliyanın Norveçə 1:2 uduzaraq Mərakeşi qrupda saxlamasına çox məyus olmuşdum.

Qətərdə Mərakeşdən gözləntilər böyük deyildi. Əlbəttə, “Sevilya”dan qapıçı Bono, PSJ-dən müdafiəçi Əşrəf Hakimi və “Çelsi”dən hücumçu Hakim Ziyeş kimi futbolçuları yaxşı tanıyırdıq. Amma Mərakeşin komanda şəklində uğurlu çıxışı gözlənilməz oldu.

Doğrusu, qrup oyunlarından əvvəl proqnozlarımda Mərakeşin Xorvatiya və Kanada ilə 1:1 hesablı heç-heçə edəcəyini, Belçikaya 0:2 hesabı ilə məğlub olacağını düşünürdüm. Yalnız Xorvatiya ilə oyunda hesab yox, heç-heçə ehtimalım düz çıxdı, Belçika ilə oyunda isə 2:0 hesabı qeydə alınsa da, qələbəni Mərakeş qazandı.

Mərakeş mundialda cəsarətli və güclü rəqiblərdən çəkinməyən komanda təsiri bağışladı. Düzdür, məhsuldarlığı yüksək olmadı: 7 oyuna cəmi 6 qol. Amma vurulan qollar necə də gözəl idi. Təbii ki, ən baxımlısı və vacibi Yusif En-Nəsirinin Portuqaliya ilə oyunda 2,78 metr hündürlüyə tullanaraq başla fərqlənməsi oldu.

Mərakeş çempionatın 4 oyununda qapısından top buraxmamaqla bu göstəricidə hamını üstələdi. Həmçinin qapıçı Bono İspaniya ilə penaltilər seriyasında qapısını toxunulmaz saxlayaraq DÇ-2006-da İsveçrə ilə qarşılaşmada eyni uğura imza atmış ukraynalı Aleksandr Şovkovskinin rekordunu təkrarladı.

Mərakeşli azarkeşlər də Qətər mundialına xüsusi rəng qatdılar. Oyunçuların qələbələrini ailələri ilə birlikdə qeyd etmələri necə də gözəl idi. Xüsusilə Əşrəf Hakiminin anası ilə şəkilləri internetin bəzəyidir.

Mərakeşin uğurlarından ruhlanaraq digər ölkələrin milli komandalarında oynamış (oynayan) Mərakeş əsilli futbolçuların siyahısını tərtib etmişəm. Əgər həmin məşhur oyunçular da Mərakeş millisində çıxış etsə idi…

Digər ölkələrin milli komandalarında çıxış etmiş (edən) Mərakeş əsilli tanınmış 10 futbolçu:

Maruan Fellaini (Belçika) – 87 oyun, 18 qol (2007-2018);

Nacer Şadli (Belçika) – 66 oyun, 8 qol (2011-ci ildən);

Tarik Əlyunisi (Norveç) – 60 oyun, 10 qol (2008-ci ildən);

İbrahim Afellay (Niderland) – 53 oyun, 7 qol (2007-2016);

Məhəmməd Əlyunisi (Norveç) – 49 oyun, 9 qol (2014-cü ildən);

Adil Rami (Fransa) – 36 oyun, 1 qol (2010-2018);

Xalid Bulahruz (Niderland) – 35 oyun (2004-2012);

Kərim Bellarabi (Almaniya) – 11 oyun, 1 qol (2014-2016);

Matteo Gündüzi (Fransa) – 7 oyun, 1 qol (2021-ci ildən);

Yunis Kabul (Fransa) – 5 oyun, 1 qol (2011);

Brahim Dias (İspaniya) – 1 oyun, 1 qol (2021-ci ildən).

Rasim Mövsümzadə

Komandanın veteranları

  • 21 Dekabr 2022
  • comments

Koronavirus itkiləri

  • 22 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • İdman
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda