Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovun həbsi xəbəri yayılıb. Bilgilərə görə, məmur 212,4 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl muxtar bölgənin Dövlət Gömrük Komitəsinin şöbə müdiri 132 milyon, maliyyə naziri 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılaraq tutulublar.
Üç məmur vəzifə səlahiyyətindən sui-istifadə edərək ümumilikdə 488 milyon manatdan çox vəsait oğurlayıb. Bu məbləğ Naxçıvanın 2019, 2020, 2021-ci illər üçün dotasiyasız büdcəsi qədərdir. Həmin vəsaitə il ərzində 20 mın qaziyə hər ay 200 manat, 406 min uşağa ayda 100 manat, bütün pensiyaçıların pensiyalarına hər ay 40 manat əlavə etmək olardı.
Təklif edirəm vətəndaş cəmiyyəti nümayəndələrini Naxçıvana göndərək, Ali Məclisin qarşısında etiraz aksiyası keçirib sədr Vasif Talıbovla görüş istəsinlər, korrupsionerlərə yumşaq güc nümayiş etdirək.