2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 milyard 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa rəsmi açıqlamaya əsasən, yanvar-noyabr aylarında istehlak qiymətləri 2021-ci ilin eyni dövrünə nəzərən 13,8 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,3 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb.
O da qeyd olunur ki, yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki
şəxsləri 181 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul göndərilib, 169 ölkədən idxal rəsmiləşib, 2021-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal 1,7 faiz artıb.