• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni texnika və maşınlar

  • 09 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dekabrın 9-da prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin işğaldan azad ərazilər üçün aldığı xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aldığı müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün “KAMaz” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb.

Müxtəlif qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobilin alındığı da vurğulanır.

“GCS-200” markalı 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillər də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, 2020-ci ildən bəri 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mersedes”, 34 ədəd “Ford Transit” markasına aid ümumilikdə 249 təcili tibbi yardım avtomobili alınıb. Həmçinin xüsusi 2 differensiallı “Mersedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Arayışa görə, Bakı şəhəri və ölkənin digər bölgələrində fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.

Təqdim edilən “Mersedes-Benz” markalı təcili tibbi yardım avtomobilləri xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib.

Azərbaycan nefti nə qədər ucuzlaşıb?

  • 09 Dekabr 2022
  • comments

Gömrükdə yeniliklərə səs verildi

  • 09 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda