Dekabrın 8-nə olan beynəlxalq statistikaya görə, 204 ölkə və ərazidə 17 milyon 37 minə yaxın aktiv koronavirus xəstəsi var. İlk üçlükdə qərar tutan Yaponiyada 4,7 milyondan, ABŞ-da 1,5 milyondan, Fransada 1 milyondan çox şəxsin müalicə altında olduğu bildirilir.
Novator.az yaxın ölkələr üzrə göstəricilərə də nəzər salıb: Rusiya – 206253 xəstə, Estoniya – 81980, İran – 79967, Moldova – 79340, Gürcüstan – 13488, Ukrayna – 10783, Latviya – 10387, Qırğızıstan – 7146, Litva – 6456, Özbəkistan – 4458, Ermənistan – 2137, Qazaxıstan – 1857, Belarus – 1327, Tacikistan – 397.
Milli hesabata əsasən, Azərbaycanda 824641 nəfər koronavirusa yoluxub, onların 9984-ü vəfat edib, 304-ü aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb.