• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyanın müalicəsi

  • 05 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Rusiya əhalisi Ukrayna ilə savaşdan üz çevirir. Putin bu savaşda xalq dəstəyini itirib. “Meduza” internet nəşri Rusiya Federal Mühafizə Xidmətinin Kremlin sifarişi ilə keçirdiyi gizli, yalnız Putin və ətrafı üçün nəzərdə tutulan sorğunun nəticələrini əldə edib. Gizli sorğuya görə, Rusiya əhalisinin yalnız 25 faizi Ukrayna ilə hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir. Rəyi soruşulanların 55 faizi isə Ukrayna ilə sülh danışıqlarına (başqa sözlə, müharibənin dayandırılmasına) tərəfdardır.

Ukrayna ilə savaşdakı uğursuzluqlar Rusiya əhalisinin ictimai rəyini çox kəskin dəyişib. “Meduza”nın əldə etdiyi məlumata görə, rusiyalıların müharibəyə münasibəti məhz payız aylarındakı hərbi səfərbərlik və hərbi uğursuzluqlardan sonra dəyişib. İyul ayında keçirilmiş daxili sorğu son nəticələrin tam əksi olmuşdu. Həmin sorğuya görə, rusiyalıların 57 faizi hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyirdi (hazırda cəmi 25 faizdir). Yalnız 32 faiz əhali Ukrayna ilə sülh danışıqlarına tərəfdar idi (hazırda 55 faizdir).

Yəni son 4 ayda Rusiya əhalisinin müharibəyə münasibəti çox kəskin şəkildə dəyişib. Rusiyada artıq urapatriotizm də keçmir. Xalq sıra özünə, ailəsinə çatdıqca, yavaş-yavaş özünə gəlir, 21-ci əsrdə imperiya arzusu ilə müharibələr aparmağın nə qədər təhlükəli ola biləcəyini anlayır.

Rusiya əhalisinin antimüharibə ovqatına köklənməsi o deməkdir ki, Putin hakimiyyətinin Ukrayna ilə savaşı çox da uzatmağa imkanı olmayacaq. Artıq indidən sülh tərəfdarları müharibəyə dəstək verənlərdən iki dəfədən də çoxdursa, Rusiya ordusunun itkiləri artdıqca bu nisbət daha da kəskin şəkildə sülh tərəfdarlarının xeyrinə dəyişəcək.

Hazırkı şəraitdə Ukrayna ilə savaşa ictimai rəyin dəstəyinin azalması həm də Putin hakimiyyətinə dəstəyin kəskin azalması kimi qəbul olunmalıdır. Deməli, Rusiyada siyasi böhran da uzaqda deyil.

Rusiya ictimai rəyi imperiya yaratmaq motivli müharibədən imtina edirsə, Rusiyanın biz də daxil olmaqla digər qonşularını da müharibə ilə, işğalla təhdid etmək imkanı azalır, minimuma enir.

Ukrayna xalqı gerçəkdən də tarix yazır, Rusiyanın imperiya xəstəliyini müalicə edir.

ADR yeni partiya qanununu kənara qoymağa çağırır

  • 05 Dekabr 2022
  • comments

Doğumun çox olduğu bölgələr

  • 05 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda