• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yekəxanaların aqibəti

  • 02 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Putin komandası təşvişdədir. “SSRİ-ni bərpa etmək” ədası ilə Ukraynada müharibəyə başlayanlar indi beynəlxalq məhkəmələrdən yayınmaq yolu axtarırlar. Ukraynanı işıqsız, istiliksiz qoymaq da bir işə yaramadı, xalqın döyüş əzmini aşağı salmadı. Avropada təbii qazın yüksəlmiş qiyməti, xərclərin artması, müharibənin uzanması da beynəlxalq koalisiyanın Ukraynanı sonadək müdafiə etmək iradəsini sarsıtmadı. Rusiyanın müharibə ideoloqlarının ümidləri suya düşdü və məcburən ritorikalarını dəyişdilər.

Dövlət televiziyalarında bütün günü təbliğatla məşğul olan Kreml sözçüləri Ukrayna savaşında Rusiyanın məğlubiyyəti variantını da müzakirəyə çıxarırlar. Rusiya məğlub olacağı təqdirdə müharibə cinayətlərinə görə Rusiya rəsmilərinin, Kreml ideoloqlarının Haaqa məhkəməsi qarşısında dayanacağından danışırlar. Bir-birlərini belə dəhşətli perspektivlə qorxudurlar ki, guya daha yaxşı səfərbər olunsunlar, Rusiyanı labüd məğlubiyyətdən xilas etsinlər.

Müharibə ideoloqlarının ritorikası, arqumentləri özü məğlubiyyətdən xəbər verir. 9 ay öncə “ABŞ-ı yerində otuzdurub yeni dünya düzəni yaratmaq”, “NATO-nu 1997-ci il sərhədlərinə qaytarmaq”, “Ukraynanı qamarlayıb “rus dünyasına” qatmaq”, “Rusiya-Ukrayna-Belarus birliyi bazasında yeni SSRİ yaratmaq” kimi böyük iddialarla işğalçı müharibəyə başlayanlar indi Rusiya xalqlarına deyir sizin övladlarınız ölməlidir ki, biz beynəlxalq məhkəmədən canımızı qurtara bilək.

Öz təbliğatlarından çox aydın görünür ki, hazırda Rusiya rəhbərliyinin, Kreml sözçülərinin əsas arzusu beynəlxalq məhkəmədə mühakimə olunmaqdan yayınmaqdır. 9 ay qabağa qədər isə qarşılarına çıxan hər kəsi hədələyirdilər ki, Lavrovla razılaşmasanız, Şoyqu gələcək. İndi həmin yekəxanalar “necə edək ki, Rusiya dağılmasın, beynəlxalq məhkəmələrdə mühakimə olunmayaq?” qayğısı ilə yaşayırlar.

Ukrayna xalqı, onun azadlıq eşqi nələrə qadirmiş…

2 dekabr qiyməti

  • 02 Dekabr 2022
  • comments

Naxçıvanın əhali statistikası

  • 02 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda