• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qisas zolağı

  • 01 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin cinayət məsuliyyətinə cəlb olunmasına münasibət bildirib.

Sentyabrın əvvəlindən ölkədə olmayan Gültəkin Hacıbəyli noyabrın 30-u Belçikadan qayıdarkən Bakının beynəlxalq hava limanında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. İdarədə Gültəkin Hacıbəyli oktyabrın 27-də ona Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında iş açıldığını öyrənib. Cinayət işi üçün əsas siyasətçinin “Facebook”da bir istifadəçinin statusuna yazdığı şərhdir. Mühakimə prosesi dekabrın 8-i Nəsimi Rayon Məhkəməsində başlamalıdır.

147.2-ci maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma bir çox cəza, o cümlədən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də təmsil olunur.

1973-cü il təvəllüdlü Gültəkin Hacıbəyli şərqşünas və hüquqşünasdır. 2000 və 2005-ci illərdə Milli Məclisin üzvü seçilib. Əvvəllər hakimiyyətə yaxınlığı ilə tanınıb, 2010-cu ildən müxalifətdədir.

Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, hakimiyyət Gültəkin Hacıbəylinin sərrast, arqumentli çıxışlarının, ünvanlı tənqidlərinin qisasını alır: “Gültəkin Hacıbəylinin rejimi yox, xalqı seçməsini unuda, ardıcıl və prinsipial müxalifətçiliyini, AXCP ilə müttəfiqliyini həzm edə bilmirlər.

Rejim Gültəkin Hacıbəylidən əl çəkməyib. Hazırda azadlıqda olsa da, Gültəkin xanıma qarşı cinayət təqibi davam edir. Uydurma cinayət işinə məhkəmədə baxılacaq.

Müxalifətə keçib Milli Şura rəhbərliyinə daxil olduqdan sonra Gültəkin xanıma qarşı təzyiqlər ardıcıl davam edir. İlk mərhələdə azyaşlı oğlunu ondan almaqla Gültəkin xanımı cəzalandırmaq istəyirdilər. O alınmayandan sonra uydurma bəhanələrlə Gültəkin Hacıbəylinin evinin və maşınının üzərinə həbs qoydular. Ev də, maşın da illərlə həbsdə qaldı. Gültəkin xanım evini və maşınını azad etmək üçün məcbur olub 100 min manatdan artıq cərimə ödəməli oldu. Ancaq rejimin Gültəkin Hacıbəyliyə qarşı qərəzi, kini, qisas hissi hələ də azalmayıb. Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə başlanan cinayət işi də Gültəkin xanıma qarşı repressiyadır. Millət olaraq sözümüzü deyən, təəssübümüzü çəkən, haqqımızı tələb edən siyasətçiləri, ictimai xadimləri qorumağı bacarmalıyıq”.

Gültəkin Hacıbəyli niyə saxlanıb?

Bakıdan Parisə cavab

  • 01 Dekabr 2022
  • comments

“AzəriLayt”ın dekabr siftəsi

  • 01 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda