Noyabrın 17-nə olan beynəlxalq statistika 205 ölkə və ərazidə 13 milyon 821 minə yaxın aktiv koronavirus xəstəsinin müalicə aldığını göstərir. Novator.az yaxın ölkələr üzrə hesabatı təqdim edir:
Rusiya – 203892 xəstə
Gürcüstan – 130933
Estoniya – 80522
İran – 80192
Moldova – 78393
Ukrayna – 30942
Qırğızıstan – 7086
Latviya – 5205
Litva – 5123
Ermənistan – 2205
Özbəkistan – 1993
Qazaxıstan – 1473
Belarus – 1327
Tacikistan – 397.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 229 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Ümumi hesabata görə, ölkədə 823805 nəfər koronavirusa yoluxub, onların 9967-si vəfat edib, 220-si aktiv xəstədir, qalanları sağalıb.