Rəsmi hesabata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda hər 1000 nəfərə 1,6 boşanma düşüb. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bəzi bölgələrdə hər 1000 nəfərə boşanma göstəricisi daha yüksəkdir:
Zəngilan – 2,4
Bakı – 2,3
Mingəçevir – 2,2
Şirvan şəhəri – 2
Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı, Naftalan, Naxçıvan şəhəri, Sumqayıt – 1,9
Abşeron rayonu, Gəncə, Laçın, Yevlax – 1,7.
Doqquz ayda ölkədə 45321 nikah, 11819 boşanma qeydə alınıb, 2021-ci ilin yanvar-sentyabr aylarına nəzərən nikah 9,1 faiz artıb, boşanma 5,9 faiz azalıb.