• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuranın bəyanatı

  • 15 Noyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası 11 noyabr aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, AXCP noyabrın 11-i paytaxtda, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi məhbuslara azadlıq, azad seçki, quru sərhədlərin açılması və köklü demokratik dəyişikliklər tələbləri ilə aksiya keçirib: “Aksiyaya şərait yaradılması üçün müraciətə əsassız mənfi cavab verilib və özünün konstitusion hüququndan istifadə etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına gələn aksiyaçılar polis zorakılığına məruz qalıb. Aksiyaya qədər və aksiya zamanı azı 220 nəfər saxlanıb, bəzi aksiyaçılar bədən xəsarəti alıb. AXCP fəalı Rövşən Məmmədov 30 sutka müddətinə həbs edilib.

11 noyabr aksiyası son 3 ayda AXCP-nin eyni tələblərlə keçirdiyi üçüncü aksiya idi. 30 sentyabr və 24 oktyabrda keçirilən aksiyaların da qarşısı polis zorakılığı ilə alınıb, həmin aksiyalarda 180-200 nəfər tutulub.

Azərbaycan hakimiyyəti 2019-cu il yanvarın 19-u Bakıda Milli Şuranın keçirdiyi izdihamlı mitinqdən sonra ölkədə kütləvi aksiyaları faktiki tamamən qadağan edib. AXCP-nin keçirdiyi aksiyalar ilk növbədə bu qadağanı aradan qaldırmağa cəhd baxımından əhəmiyyətlidir.

Milli Şura AXCP-nin təşkil etdiyi aksiyaları tam dəstəkləyir və dinc aksiyaçılara qarşı polis zorakılığını, onların saxlanmasını qətiyyətlə pisləyir, Azərbaycan xalqını sərbəst toplaşmaq azadlığı və əlindən alınmış digər hüquqları uğrunda fəal mübarizəyə səsləyir”.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

Yox cavabı

Bakıda aksiya

Aksiyanın cəzası

Yaxın ölkələrin koronavirus itkiləri

  • 15 Noyabr 2022
  • comments

Maaş artsın, amma…

  • 15 Noyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda