![]({"full":{"0":"2019\/05\/Boshanma.jpg","1":750,"2":422,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2019\/05\/Boshanma.jpg"}})
Bakı Araşdırmalar İnstitutu Azərbaycanın nikah və boşanma göstəricilərinə nəzər salıb. Dövlət Statistika Komitəsinə istinad edilən araşdırmada qeyd olunur ki, 2021-ci ildə əhalinin hər 1000 nəfərinə 5,6 nikah, 1,7 boşanma düşüb.
Hesabata görə, nikaha daxil olanların orta yaşı kişilərdə 29,7, qadınlarda 24,9 yaş olub.
Kişilərin 45,1 faizi 25-29 yaşda, qalanları başqa yaşda ailə qurub.
Qadınların 40,2 faizi 20-24 yaşda, qalanları başqa yaşda nikaha girib.
Boşanmalar üzrə ən böyük yaş qrupu kişilərdə 30-34 yaş, qadınlarda 25-29 yaşdır.
2021-ci ildə boşanmaların 11,6 faizi azı 20 il nikahda olmuş şəxslərin payına düşüb.