Koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimi Nazirlər Kabinetinin 27 oktyabr qərarı ilə 2023-cü il yanvarın 1-dək uzadılıb. Rejim noyabrın 1-də başa çatmalı idi.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Ümumi hesabata əsasən, ölkədə 823064 nəfər infeksiyaya yoluxub, onların 9941-i vəfat edib, 317-si aktiv xəstədir, qalanları sağalıb.
Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən hökm sürür. Hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət var – quru sərhədlər bağlıdır.