• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR Ali Məhkəməyə şikayət verib

  • 21 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət qeydiyyatına alınmaq mübarizəsini davam etdirən Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məhkəməyə üz tutub. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu bildirir ki, siyasi hakimiyyət qurumun qeydiyyatına hər vasitə ilə mane olur və bu prosesə məhkəmələri də qoşur: “Son bir ildə Ədliyyə Nazirliyi ADR-in qeydiyyat üçün təqdim etdiyi sənədləri dörd dəfə geri qaytarıb. Məhkəməyə müraciət etmək zorunda qaldıq, ancaq Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyindən şikayətimizə baxılmasını mümkünsüz saydı. Bu qərarın ləğvi üçün Ali Məhkəməyə şikayət vermişik.

Çox güman, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytaracaq. Bu ötür-ötürün məqsədi ADR Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətinə imkan verməməkdir.

Bütün bu baş verənlər ADR-in müstəqil mövqeyi və siyasi hakimiyyətlə sövdələşməyə gedib təlimatlarla fəaliyyət göstərməməsi ilə əlaqədardır. Partiyanın qeydiyyata alınmaması ADR-in böyüməsinin əngəllənməsi planının tərkib hissəsidir”.

ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Qurum həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim etsə də, hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Məhkəməyə koronavirus əngəli

ADR Partiyası məhkəmədən nə cavab alıb?

Büdcənin doqquz ayı

  • 21 Oktyabr 2022
  • comments

Prokurorluq Xədicə İsmayıl işini bərpa edib

  • 21 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda