Nazirlər Kabineti iş və istirahət günləri ilə bağlı yeni qərar verib: 2022-ci ilin 7 noyabr iş günü (bazar ertəsi) ilə 5 noyabr istirahət gününün (şənbə) yerləri dəyişdirilib.
Zəfər Günü (8 noyabr) çərşənbə axşamına, Dövlət Bayrağı Günü (9 noyabr) çərşənbəyə düşür. Beləliklə, ardıcıl 4 gün – 6, 7, 8 və 9 noyabr qeyri-iş günləri olur.