Milli Məclisin 14 oktyabr iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, məcəlləyə 562-1-ci maddə əlavə edilir:
Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması
562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə – vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
562-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə – vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.