Rəsmi hesabata görə, 2020-2022-ci illərdə Azərbaycanda 821162 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9910-u vəfat edib.
Aktiv xəstə sayı 1071 nəfər göstərilir.
2019-cu ilin dekabrında üzə çıxıb 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 14599 yoluxma, 57 ölüm, sentyabr – 7725 yoluxma, 105 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 381,1 min nəfərə bir, 4 milyon 867,2 min nəfərə iki, 3 milyon 378,4 min nəfərə azı üç, 261,6 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.