• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orucova xəbərdarlıq

  • 23 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

“Turan”ın məlumatına görə, sentyabrın 22-də “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov Baş Prokurorluğa dəvət edilib. Jurnalistə kanalın sentyabrın 13-də efirə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, ölkənin müdafiə qabiliyyətini şübhə altına alan video verdiyi deyilib, rəsmi xəbərdarlıqla belə halı təkrarlamamaq məsləhət görülüb.

Söhbətin hansı videodan getdiyi açıqlanmır. Jurnalist “Turan”a açıqlamasında həmin videonun cəmiyyəti informasiya ilə təmin etmək məqsədi daşıdığını vurğulayıb.

Sentyabrın 15-də Əziz Orucov Baş Prokurorluğa çağırılaraq sorğu-sual edilmişdi. Jurnalistin üzvü olduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bəyanat yayaraq Baş Prokurorluğu vətəndaşların, o cümlədən jurnalistlərin konstitusion hüquqlarına hörmətlə yanaşmağa çağırmışdı.

Əziz Orucov 2017-2018-ci illərdə həbsdə olub. O, dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib, sonra cəza 6 ildən 3 ilə endirilib, eyni zamanda şərti həbslə əvəzlənib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əziz Orucovu vicdan məhbusu və siyasi məhbus kimi tanıyıb. 2020-ci ildə jurnalistin məhkumluğu götürülüb.

Əziz Orucovla bağlı bəyanat qəbul edilib

27 oyun, 4 qələbə

  • 23 Sentyabr 2022
  • comments

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

  • 24 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda