Sentyabrın 23-nə olan beynəlxalq statistikaya görə, yeni koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 537 minə yaxın şəxsin ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 386447 nəfər.
İranda 144364, Ukraynada 108955, Türkiyədə 101068 nəfər infeksiyanın qurbanı olub.
Novator.az bildirir ki, Gürcüstanda 16900, Qazaxıstanda 13690, Moldovada 11821, Litvada 9309, Ermənistanda 8679, Belarusda 7118 ölüm qeydə alınıb.
Latviyada itki 5980, Qırğızıstanda 2991, Estoniyada 2667, Özbəkistanda 1637, Tacikistanda 125 nəfər göstərilir.
Milli hesabata əsasən, Azərbaycanda 820299 nəfər infeksiyaya yoluxub, onların 9900-u vəfat edib.
2019-cu ilin dekabrında üzə çıxıb 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib, həmin il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 14599 yoluxma, 57 ölüm, sentyabr – 6862 yoluxma, 95 ölüm.