• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin niyə səfərbərliyə gedir? – “Vaşinqton Post”

  • 22 Sentyabr 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada aparılan hərbi əməliyyatların effektini artırmaq üçün qismən səfərbərlik elan etməsi daha çox onun çarəsizliyi kimi qiymətləndirilir.

Novator.az-ın məlumatına görə, qəzet ABŞ-ın Ukraynadakı səfiri Bricit Brinkin fikirlərini misal çəkir. Səfir “Tvitter” hesabında yazıb: “Putinin səfərbərlik qərarı Rusiyanın uğursuzluğuna və zəifliyinə dəlalət edir”.

Səfir qeyd edib ki, rus hərbçilər döyüş meydanında çox səriştəsiz davranır və onların lazımi texnikası, silah-sursatı da yoxdur. Bu səbəbdən Bricit Brink qismən səfərbərliyin Moskvaya hər hansı uğur gətirəcəyinə inanmadığını vurğulayıb.

“Vaşinqton Post” yazır ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də eyni fikirdədir. Nazir Rusiya prezidentinin səfərbərlik qərarını işğal planının iflası kimi xarakterizə edib: “Putin öz müdafiə naziri ilə birlikdə on minlərlə vətəndaşını ölümə göndərir. Heç bir təhdid və ya təbliğat Ukraynanın bu müharibədə qalib gəlməkdə olduğunu, eyni zamanda beynəlxalq ictimaiyyətin Ukrayna ilə həmrəyliyini, Rusiyanın dünyada təkləndiyini ört-basdır edə bilməz”.

Rusiyalı politoloq Dmitri Oreşkin də qismən səfərbərlik qərarının çarəsizlikdən doğduğunu düşünür. O, “Vaşinqton Post”a açıqlamasında rusiyalıların “passiv təxribatlar” vasitəsilə səfərbərliyə müqavimət göstərəcəyini söyləyib: “İnsanlar hər yolla bu səfərbərlikdən yayınmağa çalışacaq, əsasən ya rüşvət verəcək, ya da ölkədən qaçacaqlar”.

Səfərbərlik qərarından dərhal sonra Rusiyadan xaricə uçuşlar həyata keçirən təyyarə reyslərinə tələbatın artdığını xatırladan Oreşkin bildirib ki, səfərbərlik xalqın ürəyincə deyil: “Bu, indiyədək evində yumşaq divanda oturub televizora baxmaqdan həzz alan Rusiya vətəndaşlarına böyük zərbədir. Müharibə artıq onların evinə gəlib çıxıb”.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib. Martın 16-da Krımın Rusiyaya birləşməsi üçün qanunsuz referendum keçirilib. Martın 18-də Rusiya Krım Muxtar Respublikasını və yarımadadakı Sevastopol şəhərini özünə birləşdirdiyini bəyan edib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub.

2022-ci il fevralın 21-də Rusiya separatçı rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib. Avqust ayından Ukrayna ordusunun əks-hücumu nəticəsində bir sıra yaşayış məntəqələri geri alınıb. Rusiya hərbçilərinin qoyub qaçdığı xeyli silah-sursat qənimət götürülüb.

Sentyabrın 20-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qurulan işğalçı rejimlər Rusiyaya birləşmək referendumları təyin edib. Bu qanunsuz səsvermələri sentyabrın 23-dən 27-dək keçirmək nəzərdə tutulur.

Sentyabrın 21-də televiziya ilə xalqa müraciət edən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı “referendumlara” dəstək ifadə edib. Dövlət başçısı Ukraynada aparılan hərbi əməliyyatların effektini artırmaq üçün qismən səfərbərliyi nəzərdə tutan fərman imzalayıb.

Mənbə: Washingtonpost.com

Əvəz Zeynallıya yeni ittihamın detalları

  • 22 Sentyabr 2022
  • comments

Putin

  • 22 Sentyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda