Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanla sərhədin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində sentyabrın 12-dən 14-dək getmiş döyüşlərdə Azərbaycanın 79 hərbi qulluqçusu şəhid olub (Siyahı).
282 hərbi qulluqçunun yaralandığı və bədən xəsarətləri aldığı bildirilir. Onların 43-ü ilkin tibbi yardımdan sonra hərbi xidmətə qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti ağır sayılır.
2 mülki şəxsin də yaralandığı vurğulanır: 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti orta ağırdır.