• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəməyə koronavirus əngəli

  • 15 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən şikayəti üzrə prosesi qeyri-müəyyən müddətə təxirə salıb. Novator.az-ın məlumatına görə, sentyabrın 15-nə təyin olunmuş iclas başlayanda hakim Mirzə Tağızadənin koronavirusa yoluxduğu, çəkişmənin başqa vaxta qaldığı bildirilib.

12 sentyabr iclası Ədliyyə Nazirliyinin nümayəndəsi gəlmədiyi üçün yarımçıq qalmışdı.

Partiya Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığını bildirir, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulmasını istəyir.

London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlunun sədrlik etdiyi ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin sənədləri geri qaytardığı məlum olub. Rəsmi cavabda sənədlərdə bəzi qüsurlar olduğu vurğulanıb. Martın 16-da partiya Ədliyyə Nazirliyinə yenilənmiş sənədlər təqdim edib. İyunun 21-də Ədliyyə Nazirliyi imza çatışmazlığı iradı tutaraq sənədləri yenə geri qaytarıb.

İyulun 5-də partiya üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən avqustun 17-də göndərilmiş rəsmi cavabda qeyd olunub ki, qurumun nizamnaməsində parlament, prezident və bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi qaydası yer almır.

Bu iradla razılaşmayan ADR Partiyasının İdarə Heyəti məhkəməyə üz tutmaq qərarı verib.

ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

“Siyasi partiyalar haqqında” qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 60 partiya dövlət qeydiyyatındadır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Şəhidlərin təvəllüdü

  • 15 Sentyabr 2022
  • comments

“Qarabağ” üç baş üstün

  • 15 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda