Ümumi hesabata görə, Azərbaycanda 818634 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9873-ü vəfat edib, 2060-ı aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
2019-cu ilin dekabrında üzə çıxıb 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 14599 yoluxma, 57 ölüm, sentyabr – 5197 yoluxma, 68 ölüm.
Novator.az bildirir ki, 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə azı üç, 260,6 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.