• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin məğlub ola bilər – “The Telegraph”

  • 14 Sentyabr 2022
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Qərb təmkinini itirməsə, Putin məğlub ola bilər” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.

Ukrayna ordusu işğalçı rus qoşunlarını sıxışdırır. Belə bir vaxtda Almaniya kimi ölkələr Kremlin enerji şantajına boyun əyməməlidir.

Rusiya hərbi qüvvələrinin Ukraynanın şərqindəki şəhərlərdən qaçması Kremlin işğalçı siyasətinin növbəti uğursuzluğundan xəbər verir. Xarkov vilayətində ildırım sürəti ilə həyata keçirilən əks-hücum nəticəsində 3 şəhər və 20-dən çox yaşayış məntəqəsi geri alınıb. Rusiya hərbçilərinin qoyub qaçdığı xeyli silah-sursat ələ keçib.

Bu, işğalçı ordunun fədakarlıqdan uzaq olduğuna daha bir sübutdur. Rusiya prezidenti Vladimir Putinin fevral ayında tez bir zamanda Ukraynanın paytaxtı Kiyevi ələ keçirmək və orada Kremlə sadiq bir oyuncaq hökumət qurmaq planı puça çıxıb. Müharibə Putin üçün üzücü bir kabusa çevrilib.

Bununla belə, fakt faktlığında qalır: Ukrayna ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır. Rus qoşunları bu torpaqlardan tamamilə çıxarılmalıdır, ancaq bu, ayrı məsələdir. Hazırda çox şey prezident Putinin reaksiyasından asılıdır. Ukraynanın əks-hücumuna dərhal reaksiya verən Rusiya Qara dənizdən Xarkovun su və elektrik təchizatı sistemlərinə raket zərbələri endirib, şəhər qaranlığa qərq olub. Əslində dinc əhaliyə qarşı yönəlmiş bu akt rusiyalı hərbçilərin zəifliyinin göstəricisidir.

Deyilənə görə, Rusiya millətçiləri bu biabırçılıqdan qəzəbəniblər. Ancaq hələ bəlli deyil ki, bu, Putinə qarşı siyasi təzyiq deməkdir, ya yox. Təhlükəli olan odur ki, sərt xətt tərəfdarlarını sakitləşdirmək üçün Putin getdikcə daha amansız müharibə aparır.

Putin habelə Qərb ölkələrinin çoxunun asılı oduğu Rusiya qazını kəsmək imkanını özündə saxlayır. Ukrayna NATO-dan zəruri silah-sursat almaqda olduğu bir vaxtda Kreml avropalıların enerji sarıdan əziyyət çəkməsini istəyir, hətta bu, Rusiyanın büdcəsinə ziyan vursa da.

Almaniya kimi ölkələr bir qayda olaraq bu cür taktikalar qarşısında acizlik göstərirlər. Ona görə Almaniya bu qış təmkinli davranmalı, dözüm nümayiş etdirməli və özündə cəsarət tapıb Ukraynaya layiq olduğu dəstəyi verməlidir.

Mənbə: Telegraph.co.uk

Anaların hüzuru

  • 14 Sentyabr 2022
  • comments

Şəhidlərin doğum illəri

  • 14 Sentyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda