• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR-in qeydiyyat məhkəməsi başladı

  • 12 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 12-si Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyindən şikayəti üzrə proses başlayıb. Novator.az-ın məlumatına görə, prosesdə ADR Partiyasını təmsil edən Ellada Məmmədli, Əlövsət Talışxanlı və Hüseyn Məlik Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığını bildiriblər, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulmasını istəyiblər.

Ədliyyə Nazirliyinin nümayəndəsi prosesə qatılmadığı üçün məhkəmə iclası sentyabrın 15-nə keçirilib.

Qubad İbadoğlunun sədrlik etdiyi ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

2022-ci il martın 1-də Ədliyyə Nazirliyinin sənədləri geri qaytardığı məlum olub. Rəsmi cavabda sənədlərdə bəzi qüsurlar olduğu vurğulanıb. Martın 16-da partiya Ədliyyə Nazirliyinə yenilənmiş sənədlər təqdim edib. İyunun 21-də Ədliyyə Nazirliyi imza çatışmazlığı iradı tutaraq sənədləri yenə geri qaytarıb.

İyulun 5-də partiya üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən avqustun 17-də göndərilmiş rəsmi cavabda qeyd olunub ki, qurumun nizamnaməsində parlament, prezident və bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi qaydası yer almır.

Bu iradla razılaşmayan ADR Partiyasının İdarə Heyəti məhkəməyə üz tutmaq qərarı verib.

Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

ADR Partiyasının rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.

“Siyasi partiyalar haqqında” qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 60 partiya dövlət qeydiyyatındadır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

Rusiyanın noyabr planı pozulub

  • 12 Sentyabr 2022
  • comments

Sərhəddə toqquşma

  • 13 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın xarici borcu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın xarici borcu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda