Ümumi hesabata görə, Azərbaycanda 813437 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9805-i vəfat edib, 3505-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Novator.az bildirir ki, 2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm, avqust – 14599 yoluxma, 57 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 373,9 min nəfərə bir, 4 milyon 863 min 85 nəfərə iki, 3 milyon 364,2 min nəfərə azı üç, 259,2 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.